• cümə, 29 Mart, 16:21
  • Baku Bakı 14°C

Messinin het-triki Argentinanı xilas etdi

11.10.17 10:35 2052
Messinin het-triki Argentinanı xilas etdi
Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin son turunun oyunları keçirilib.
Kaspi.az xəbər verir ki, Argentina yığması səfərdə Ekvadora 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Argentina DÇ-yə birbaşa vəsiqə qazanıb. Argentinanın hər üç qolunu Lionel Messi vurub.
Səfərdə Braziliyaya 0:3 hesabı ilə məğlub olan Çili isə DÇ-dən kənarda qalıb. Elə öz meydanında gözlənilmədən Venesuelaya 0:1 hesabı ilə məğlub olan Paraqvay da Rusiyaya getmək şansını itirib.
Peru-Kolumbiya görüşü 1:1 hesabı ilə yekunlaşıb. Kolumbiya DÇ-yə vəsiqə qazanıb. Peru isə pley-off qarşılaşmasında qüvvəsini sınayacaq. Boliviyaya 4:2 hesabı ilə qalib gələn Uruqvay da Rusiyaya bilet sifariş verib.
Braziliya yığması isə daha əvvəl DÇ-yə vəsiqəni təmin etmişdi.
DÇ-2018-in seçmə mərhələsi, Cənubi Amerika zonası
11 oktyabr
Braziliya - Çili 3:0
Qol: Paulinyo, 55. Jezus, 57; 90+3.
Ekvador - Argentina 1:3
Qol: İbarra, 1 - Messi, 12; 20; 62.
Paraqvay - Venesuela 0:1
Qol: Yangel Errera, 84.
Peru - Kolumbiya 1:1
Qol: Qerrero, 76 - Xames Rodriqes, 56.
Uruqvay - Boliviya 4:2
Qol: Kaseres, 40. Kavani, 42. Suares, 60; 76 - Qaston Silva, 24-öz qapısına. Qodin, 79-öz qapıısna.
banner

Oxşar Xəbərlər