• cümə axşamı, 25 aprel, 10:07
  • Baku Bakı 14°C

Messini təhqir edənlər cəzalandırıldı

08.12.14 13:55 991
Messini təhqir edənlər cəzalandırıldı
İspaniyada futbolda şiddətə qarşı mübarizə aparan "Real" (Madrid) klubu bir ilkə imza atıb.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, La Liqanın son turunda keçirilən "Real" - "Selta Viqo" matçında (3:0) "Barselona"nın futbolçusu Lionel Messi və Kataloniya əleyhinə şüarlar səsləndirən azarkeşlər stadiondan kənarlaşdırılıblar.
Madrid təmsilçisi qeyri-etik davranışları səbəbindən 17 azarkeşin stadiona girişinə qadağa qoyub. Klubdan verilən açıqlamada həmin fanatların bir daha stadiona buraxılmayacaqları bildirilib.
Qeyd edək ki, daha öncə "Atletiko" (Madrid) - "Deportivo" matçında stadionda yaşanan insident zamanı qonaqların bir azarkeşi dünyasını dəyişmiş, bir neçəsi isə ağır yaralanmışdı.
banner

Oxşar Xəbərlər