Messini almasalar, onların hegemonluğuna son qoya bilməzlər?
İtaliya
yığmasının sabiq üzvü Fabio Kannavaro A seriyasındakı rəqabət barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Kannavaro "Yuventus”un hegemonluğunu xüsusi qeyd edib. O, Turin nəhənginin
hegemonluğuna son qoymağın mümkünsüz olduğunu bildirib:
"Düzü, mənə elə
gəlirdi ki, "Napoli” ilə "İnter” "Yuventus”un hegemonluğuna son qoyacaq. Ancaq
hadisələr başqa cür cərəyan edir.
Belə görünür ki,
onları "txatdan” salmaq mümkün olmayacaq. "Yuve” hər cür tərifə layiqdir. Onlar
Ronaldonu transfer etməklə komandada özünəinam hissini daha da artırdılar.