• cümə axşamı, 25 aprel, 01:26
  • Baku Bakı 19°C

Messi videokonfrans keçirəcək - İzahat vermək üçün

03.05.17 12:35 1117
Messi videokonfrans keçirəcək - İzahat vermək üçün
Lionel Messi FİFA-nın mənzil-qərərgahına getməyəcək.
Kaspi.az xəbər verir ki, Argentina yığmasının hücumçusu DÇ-nin seçmə mərhələsində Çili ilə keçirilən oyunda davranışı ilə bağlı izahat verməlidir. Ancaq o, izahat vermək üçün FİFA-nın ofisinə getməli olmayacaq.
Messi bunu videokonfrans vasitəsilə edəcək. Messi şəxsi xarakteri ucbatından Sürixə gedə bilməyəcəyini bildirib. Ona görə də o, FİFA əməkdaşlarının suallarına videokonfrans vasitəsilə cavab verəcək.
Messi Çili ilə oyunda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. O, bildirib ki, hakimləri təhqir etməyib, sadəcə, havaya söyüb.
banner

Oxşar Xəbərlər