• cümə, 19 Aprel, 17:49
  • Baku Bakı 25°C

Messi üçün yeni problem: Argentinadan şahid gəlib

04.12.19 11:13 468
Messi üçün yeni problem: Argentinadan şahid gəlib
"Barselona”nın futbolçusu Lionel Messinin yeni problemi yaranıb.
Kaspi.az xəbər verir ki, İspaniya məhkəməsi Messinin fonduna qarşı işi bərpa edib. Hakim Mariya Tardon Argentinadan olan şahid Federiko Rotterinin dindirilməsi üçün cinayət işini yenidən başladıb.
Rotterini Messini, onun atasını, qardaşını, futbolçunun əhatəsində olan bir sıra şəxsləri çirkli vəsaitin yuyulmasında və iqtisadi qanunları pozmaqda ittiham edir.
Messinin fondu vergidən yayınmaq üçün xarici sponsorlarla əməkdaşlıq edib. Bu fondlar, xeyriyyə işlərinə vəsait ayırdıqları üçün vergidən azad olunurlar. Bu minvalla, fond 10 milyon avroya yaxın vəsait əldə edib.
Bir müddət əvvəl fondun sabiq əməkdaşı da məsələ ilə bağlı məhkəməyə müraciət etmişdi. Ancaq həmin vaxt faktlar yetərli olmadığı üçün iş bağlanmışdı.
Leo vergidən yayındığı üçün 2016-cı ildə 21 aylıq həbs cəzasına məhkum edilib.
banner

Oxşar Xəbərlər