• cümə axşamı, 18 aprel, 14:31
  • Baku Bakı 22°C

Messi üçün 700 milyon qiymət niyə qoyulub?

09.03.18 11:35 759
Messi üçün 700 milyon qiymət niyə qoyulub?
"Barselona”nın maliyyə və strategiya üzrə direktoru Panço Şroder nəyə görə Messi üçün 700 milyon qiymət qoyduqları barədə danışıb.
Kaspi.az xəbər verir ki, Şroder belə addımı Leonun karyerasının sonuna qədər "Barsa”da qalması üçün atdıqlarını bildirib. Ancaq o, buna nail olacaqlarını da əminliklə söyləməyib:
"Biz Messiyə 700 milyon qiymət qoyduqda fikirləşdik ki, onun karyerasının sonuna qədər "Barselona”da qalmasını təmin edəcəyik. Ancaq onu da deyim ki, bir il əvvəl hesab edirdik ki, Neymar üçün tələb olunan kompensasiya da, onun "Barsa”da qalmasını təmin edəcək.
Bir il keçdi və məlum oldu ki, belə deyil. Gələcək haqda düşünərkən, hesab edirəm ki, Messini aparmaq elə də asan deyil. Ancaq nəzərə almaq lazımdı ki, müasir zamanda dünyada ağlasığmaz çox şeylər baş verir”.
banner

Oxşar Xəbərlər