• şənbə, 20 Aprel, 10:41
  • Baku Bakı 14°C

Messi, Suares və Dembelenin hərəkətlərini anlaya bilmir

27.11.19 14:00 469
Messi, Suares və Dembelenin hərəkətlərini anlaya bilmir
"Barselona”nın futbolçusu Antuan Qrizman hələ də komandaya tam adaptasiya ola bilməyib.
Kaspi.az xəbər verir ki, bu barədə Qrizman özü məlumat verib. O bildirib ki, komanda yoldaşları ilə tam anlaşma əldə etməkdə çətinlik çəkir:
"Mən hələ də Messi, Suares və Dembelenin hərəkətlərini anlaya bilmirəm. Bu da mənə çətinlik yaradır.
Belə məqamda, top səndə olarkən özünəinam hissi olmur. Özünəinam hissi olmayanda da qapıya zərbə endirəndə və ya ötürmə verəndə səhvə yol verirsən.
Komandaya yayda gəlmişəm, mövsüm uzundur. Komanda yoldaşlarımla tam anlaşmaq, "Barsa”nın oyun fəlsəfəsini mənimsəmək üçün vaxtım var”.
banner

Oxşar Xəbərlər