• çərşənbə, 24 Aprel, 04:39
  • Baku Bakı 14°C

Messi Ronaldoya səs verib, Kriştiano isə...

25.09.18 10:10 538
Messi Ronaldoya səs verib, Kriştiano isə...
FİFA 2018-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Kaspi.az xəbər verir ki, ali futbol qurumu kimin kimə səs verdiyini də açıqlayıb. "Barselona” və Argentina yığmasının futbolçusu Lionel Messi ilk pillədə Modriçin adını qeyd edib. Leo 2-ci yerə Kilian Mbappeni, 3-cü yerə isə Kriştiano Ronaldonu layiq görüb. Beləliklə, Messi ilk dəfə Ronaldonun adını top-3-ə daxil edib.
"Yuventus”un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonun seçimi isə belə olub: Rafael Varan, Luka Modriç, Antuan Qrizmann. İlin ən yaxşı futbolçusu Luka Modriç seçilib. Modriçin seçimi: Varan, Ronaldo, Qrizmann.
banner

Oxşar Xəbərlər