Messi qəribə qol sevincini kimə həsr edir?
"Barselona”nın
futbolçusu Lionel Messi Çempionlar Liqasında "Tottenhem”lə keçirilən oyunda qol
vurduqdan sonra sevincini qəribə jestlə nümayiş etdirdi.
O, kameraya
yaxınlaşaraq, bir neçə dəfə saçına
yüngül sığal çəkərək, sanki iki nəfərlə danışırmış kimi, kiməsə hava öpüşü göndərdi.
Leo bu jestini Primerada "Valensiya”ya qol vurduqdan sonra da təkrarladı.
Kaspi.az xəbər
verir ki, İngiltərə mətbuatında, Messinin bu jesti böyük oğlu Tyaqo üçün etdiyi
idda olunub. Guya "Tottenhem”lə oyundan sonra Messi bunu özü etiraf edib.
İspaniya mətbuatı
isə yazır ki, argentinalı futbolçu vurduğu qolu təkcə böyük oğluna yox, bütün
ailə üzvlərinə həsr edir. Messi ailəsinə bağlı insan kimi tanınır.