• cümə, 29 Mart, 03:35
  • Baku Bakı 7°C

Messi qəribə qol sevincini kimə həsr edir?

08.10.18 11:25 596
Messi qəribə qol sevincini kimə həsr edir?
"Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında "Tottenhem”lə keçirilən oyunda qol vurduqdan sonra sevincini qəribə jestlə nümayiş etdirdi.
O, kameraya yaxınlaşaraq, bir neçə dəfə saçına yüngül sığal çəkərək, sanki iki nəfərlə danışırmış kimi, kiməsə hava öpüşü göndərdi. Leo bu jestini Primerada "Valensiya”ya qol vurduqdan sonra da təkrarladı.
Kaspi.az xəbər verir ki, İngiltərə mətbuatında, Messinin bu jesti böyük oğlu Tyaqo üçün etdiyi idda olunub. Guya "Tottenhem”lə oyundan sonra Messi bunu özü etiraf edib.
İspaniya mətbuatı isə yazır ki, argentinalı futbolçu vurduğu qolu təkcə böyük oğluna yox, bütün ailə üzvlərinə həsr edir. Messi ailəsinə bağlı insan kimi tanınır.
banner

Oxşar Xəbərlər