• çərşənbə axşamı, 16 aprel, 13:15
  • Baku Bakı 19°C

Messi onu 3 günlük məşqdən sonra bəyənib

14.09.18 12:15 559
Messi onu 3 günlük məşqdən sonra bəyənib
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola "Barselona”da işlədiyi dönəmdən danışıb.
Kaspi.az xəbər verir ki, Pep Serxio Busketsin "Barsa”ya yeni gəldiyi vaxtları da xatırlayıb. O, Lionel Messinin Busketsi 3 gündən sonra bəyəndiyini də bildirib:
"Messinin mənə nə dediyini xatırlayıram. 2-3 günlük məşqdən sonra Leo mənə yaxınlaşdı və dedi: "Buskets mənim xoşuma gəlir”.
Qvardiola deyib ki, Messi daha sonra bunları əlavə etdi: "Bizim problemimiz yarananda, mərkəzdə o olacaq. Buskets hər şeyi ətrafda olanlar üçün edir”.
Buskets "Barselona”nın yetirməsi sayılır və əsas komandada 2008-ci ildən çıxış edir.
banner

Oxşar Xəbərlər