• cümə, 29 Mart, 09:11
  • Baku Bakı 5°C

Messi o rekordu Ronaldodan aldı

29.11.18 12:40 547
Messi o rekordu Ronaldodan aldı
"Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni rekordlara imza atıb.
Kaspi.az UEFA-nın saytına istinadən xəbər verir ki, argentinalı forvard PSV-ni səfərdə məğlub etdikləri matçda (1:2) komandasının ilk qolunu vuraraq, "Barselona” forması ilə ÇL-də 106-cı qoluna imza atıb. O, bununla da, bir komanda ilə ÇL-də ən çox qol vuran futbolçu olub.
Bundan əvvəl ÇL-də bir komanda ilə ən çox qol vuran futbolçu Kriştiano Ronaldo idi. Portuqaliyalı futbolçu "Real” forması ilə 105 qol vurmuşdu.
Messi həm də, ÇL-in qrup mərhələsində ən çox qol vuran futbolçu olub. O, turnirin qrup mərhələsinin oyunlarında 66 dəfə fərqlənib.
banner

Oxşar Xəbərlər