AZE | RUS | ENG |

Messi karyerasında ikinci dəfə oyundan qovulub

Messi karyerasında ikinci dəfə oyundan qovulub
Argentinanın futbol üzrə yığmasının kapitanı Lionel Messi Amerika Kubokunun 3-cü yeri uğrunda Çili komandasına qarşı matçın 37-ci dəqiqəsində oyundan qovulub.
Bu barədə "Report” xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, görüş 2:1 hesabı ilə başa çatıb. Bu Messinin karyerası ərzində ikinci dəfə oyundan qovulması olub. Otuz iki yaşlı futbolçuya 14 il əvvəl, Macarıstanda yoldaşlıq oyununda qırmızı kart göstərilib.
Qeyd edək ki, argentinalı hücumçu oyundan sonra hakimliyə qarşı etiraz əlaməti olaraq Amerika Kubokunun bürünc medalını almaqdan imtina edib.
Cənubi Amerika Futbol Konfederasiyası öz növbəsində Messinin davranışını təşkilata qarşı hörmətsizlik adlandırıb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968