• cümə axşamı, 28 mart, 16:31
  • Baku Bakı 16°C

Messi ilə Suaresin həyat yoldaşları mağaza açdı

18.04.17 13:35 1041
Messi ilə Suaresin həyat yoldaşları mağaza açdı
Lionel Messinin rəfiqəsi Antonello Rakutso biznes sahəsində fəaliyyət göstərəcək.
Kaspi.az xəbər verir ki, Antonello ayaqqabı mağazası açıb. Onun biznes şəriki isə Luis Suaresin həyat yoldaşı olub.
Şəriklər mağazanı Barselonada açıblar. Bu hadisədən sonra mətbuat Messinin "Barselona” ilə müqaviləni uzatmaq niyyətində olduğunu yazıb.
Messi Antonelli ilə 2008-ci ildən bir yerdədir. Cütlüyün iki oğlu var. Onlar bu ilin iyul ayında toy etmək niyyətindədirlər. Suares Sofi Balbi ilə 2009-cu ildən evlidir. Onların bir qız, bir oğlan övladları var.
banner

Oxşar Xəbərlər