Messi ilə Ronaldo belə öpüşdülər

Messi ilə Ronaldo belə öpüşdülər

İdman
16 Aprel 2019, 12:45 166
"France Football” nəşrinin növbəti sayı qeyri-standart olub. 
 
Kaspi.az xəbər verir ki, jurnalın üz qabığında "Barselona”nın futbolçusu Lionel Messi ilə "Yuventus”un oyunçusu Kriştiano Ronaldonun şəkilləri verilib. Ancaq təəccüb doğuran odur ki, jurnalın dizayneri Messi ilə Ronaldonu dodaq-dodağa öpüşən tərzdə təqdim edib. 
 
Jurnalın bu sayı, əsasən, argentinalı ilə portuqaliyalının rəqabətinə həsr olunub. Jurnalın üz qabığında onların qarşıdurması "daimi debat” şüarı ilə xarakterizə edilib.