• cümə, 29 Mart, 11:57
  • Baku Bakı 5°C

“Messi dedi ki, video göndərmə, canlı meyit görmək istəmirik”

11.01.18 15:45 803
“Messi dedi ki, video göndərmə, canlı meyit görmək istəmirik”
"Barselona”nın sabiq futbolçusu Erik Abidal xəstə olduğu zaman üzləşdiyi çətinliklər barədə danışıb.
Kaspi.az xəbər verir ki, Abidal müalicə aldığı vaxt tanınmaz görkəmdə olduğunu bildirib. O, Lionel Messinin hətta bu durumdan narahat olduğunu və video göndərməməyi xahiş etdiyini deyib:
"O vaxt çəkdiyim əzabları heç kimə arzulamıram. "Barsa”nın hansısa oyunundan əvvəl uşaqlara dəstək olmaq üçün onlara video göndərdim. Bilirsiniz Messi mənə nə dedi? Dedi ki, canlı meyit görmək istəmirik, bu, bizə çox pis təsir edir, əzab verir.
Tyerri Anri xəstəxanada yanıma gələndə uşaq kimi ağladım. İstəmirdim ki, o, məni bu halda görsün. Ancaq mənə baş çəkdiyi üçün də sevinirdim”.
Abidal "Barselona”da 2007-2013-cü illərdə çıxış edib. Ona 2011-ci ildə qara ciyərin xərçəngi diaqnozu qoyulmuşdu. Buna görə Abidal bir müddət karyerasına fasilə verməli oldu.
banner

Oxşar Xəbərlər