Messi də onun vəzifəyə gətirilməsini istəyir
"Barselona”nın futbolçusu Lionel Messi sabiq komanda yoldaşı Karlos
Puyola klubda vəzifə verilməsinin
tərəfdarıdır.
Kaspi.az xəbər verir ki, Leo Puyolun "Barsa”nın idman direktoru
olmasını istəyir. Bu barədə o özü mətbuata açıqlama verib:
"İdman strukturunda bu qədər dəyişiklik yolverilməzdir. Yaxşı olardı
ki, bu yöndə sabitlik olsun. Puyol ideal idman direktoru olardı”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Barsa” rəhbərliyi 41 yaşlı
Puyolla danışıqlara başlayıb. Puyol bütün peşəkar karyerası ərzində
"Barselona”da oynayıb.