• şənbə, 20 Aprel, 04:19
  • Baku Bakı 15°C

Messi DÇ-dən sonra karyerasını bitirir?

11.06.18 11:25 688
Messi DÇ-dən sonra karyerasını bitirir?
Lionel Messi DÇ-2018-dən sonra yığma karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Kaspi.az xəbər verir ki, Messi belə addım atacağını istisna etməyib. O, hər şeyin DÇ-2018-də qazanacaqları nəticədən asılı olacağını deyib:
"Qərarım ondan asılı olacaq ki, biz mundialda necə çıxış edəcəyik, hansı nəticəni qazanacağıq. Üç finalda məğlub olmağımız Argentina mətbuatı ilə münasibətlərimizi korlayıb.
Biz finala adlamağa müxtəlif prizmalardan yanaşırıq. Finala çıxmaq asan deyil. Bunu qiymətləndirmək lazımdı”.
Argentina iki dəfə Amerika kubokunun, bir dəfə isə DÇ-nin finalında məğlub olub. Messi yığma ilə yalnız Pekində keçirilən Olimpiadada qızıl medal qazanıb.
banner

Oxşar Xəbərlər