• cümə axşamı, 28 mart, 17:56
  • Baku Bakı 16°C

Messi ailəsi ilə normal insan kimi vaxt keçirmək istəyir

30.05.18 11:35 958
Messi ailəsi ilə normal insan kimi vaxt keçirmək istəyir
"Barselona”nın futbolçusu Lionel Messi özünə qarşı olan böyük diqqətdən danışıb.
Kaspi.az xəbər verir ki, Messi belə diqqətin bəzən ona mane olduğunu bildirib. O, xüsusən də ailəsi ilə olarkən, diqqətdən kənarda qalmaq istədiyini bildirib:
"İnsanlara belə diqqətinə görə təşəkkür edirəm. Ancaq bəzən nəzarətdən kənarda olmaq istəyirəm. Xüsusən də ailəmlə olanda. Onlarla normal insan kimi vaxt keçirmək istəyirəm.
Bazarlıq etməyi sevirəm, amma şopinqi sevmirəm. Onlayn alış-veriş etməyə üstünlük verirəm. Olduqca böyük diqqətə görə, həyat yoldaşımla, övladlarımla birgə mağazaya gedə bilmirəm.
Harasa gedəndə də işimi tez yekunlaşdırmağa və oranı tərk etməyə üstünlük verirəm”.
banner

Oxşar Xəbərlər