• şənbə, 20 Aprel, 03:49
  • Baku Bakı 15°C

“Məşqçinin məzarı üstündə rəqs yersizdir”

19.12.18 13:45 605
“Məşqçinin məzarı üstündə rəqs yersizdir”
"Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill Pol Poqbanı kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, Joze Mourinyo "Mançester Yunayted”dən istefaya göndərildikdən sonra Pol Poqba "instaqram”da şəklini paylaşaraq, "İmza düşün” yazıb. Bir müddət sonra Poqba həmin şəkli səhifəsindən silib. Nevill onun bu hərəkətini yaramazlıq adlandırıb:
"Pol Mourinyo ilə mübahisə edirdi. Ola bilsin ki, Pol ona inanmırdı, Mourinyo da onu yaxşı futbolçu hesab etmirdi. Son 6 ayda onların münasibətləri olduqca gərgin olub.
Amma hesab edirəm ki, yenicə istefaya göndərilmiş baş məşqçinin məzarı üstündə rəqs etmək yersizdir. Mourinyo işini itirib. Pol və onun adamları isə belə status paylaşırlar. Bu, yaramazlıqdır.
Reallıq budur ki, məşqçi həmişə günahkar olur, "günah keçisi” seçilir. Son 6 ildə "Mançester Yunayted” uğursuzluqlara görə 3 əla mütəxəssisi itirib. Joze harda olubsa, qalib gəlib. Onun titul qazanmadan gedəcəyini bir an belə olsun düşünməmişdim”.
banner

Oxşar Xəbərlər