• çərşənbə, 24 Aprel, 23:30
  • Baku Bakı 23°C

Məşqçilərə sertifikatlar verilib

27.01.18 16:05 953
Məşqçilərə sertifikatlar verilib
Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə 1-ci dərəcəli texniki kurslarda iştirak etmiş və imtahandan uğurla keçmiş məşqçilərə müvafiq sertifikatlar təqdim edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən bir həftəlik kurslar Respublika Velotrekində təşkil olunub.

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Velosipedçilər İttifaqının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Jan Jak Anri tərəfindən keçirilib. Layihədə ümumilikdə 20 məşqçi iştirak edib və kursların yekunu olaraq iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub. Onların arasında "Olimpiya Hərəkatı-2017” layihəsinin məşqçiləri də var.
banner

Oxşar Xəbərlər