• cümə, 29 Mart, 14:51
  • Baku Bakı 14°C

Məşqçi ürək tutması keçirdi, oyun yarımçıq dayandırıldı

25.01.18 10:45 923
Məşqçi ürək tutması keçirdi, oyun yarımçıq dayandırıldı
İkinci Bundesliqada keçirilən "Darmştadt” - "Kayzerslauter”n oyunu yarımçıq dayandırılıb.
Kaspi.az xəbər verir ki, buna səbəb "Kayzerslautern”nin baş məşqçisi Jeff Ştrasserin səhhətində yaranan problem olub. 43 yaşlı mütəxəssis ürək tutması keçirib.
O, qarşılaşmanın fasiləsində özünü pis hiss edib. Mütəxəssisin ürək tutmasından əvvəl ürəyi bulanıb, başı gicəllənib. Onu təcili olaraq xəstəxanaya çatdırıblar.
İlk hissədən sonra 0:0 olan qarşılaşma yarımçıq dayandırılıb. Məsələ ilə bağlı açıqlama yayan "Kayzerslautern” rəhbərliyi bildirib ki, situasiya nəzarət altındadır.
banner

Oxşar Xəbərlər