Məşqçi taymaut götürdü, karyerasını bitirdiyini elan etdi
Amerika futbolu
üzrə məşqçi Denni Douds karyerasını qeyri-adi şəkildə bitirib.
Kaspi.az xəbər
verir ki, "İst Stroudsburq”u çalışdıran Denni "Oqaya Dominikan”la qarşılaşmanın
başa çatmasına 4 saniyə qalmış 4-cü dəfə taymaut götürüb. Əslində 4-cü dəfə
taymaut götürmək qaydalara ziddir.
45 mövsümdür məşqçi
kimi çalışan Douds hakimə belə deyib: "Cənab, biz 4-cü dəfə taymaut götürmək istəyirik.
Bilirəm ki, bu, qaydalara ziddir. Siz buna görə bizi cəzalandıra bilərsiniz.
Ancaq mən təqaüdə çıxıram”.
Bu sözləri deyəndən
sonra Doudus rəqib məşqçinin əlini sıxıb, tribunalar önündə şlyapasını çıxardıb
və arenanı tərk edib. O bu addımını belə izah edib:
"Həyat yoldaşıma
demişdim ki, stadionu tərk edəndə şlyapamı çıxardıb deyəcəyəm: "Mən səni sevirəm”. Şlyapamı çıxardıb stadionu tərk etdim, maşına
mindim. Evə qədər isə bütün yol boyu gülmüşəm”.