• cümə axşamı, 25 aprel, 10:09
  • Baku Bakı 14°C

Məşqçi taymaut götürdü, karyerasını bitirdiyini elan etdi

02.11.18 12:10 662
Məşqçi taymaut götürdü, karyerasını bitirdiyini elan etdi
Amerika futbolu üzrə məşqçi Denni Douds karyerasını qeyri-adi şəkildə bitirib.
Kaspi.az xəbər verir ki, "İst Stroudsburq”u çalışdıran Denni "Oqaya Dominikan”la qarşılaşmanın başa çatmasına 4 saniyə qalmış 4-cü dəfə taymaut götürüb. Əslində 4-cü dəfə taymaut götürmək qaydalara ziddir.
45 mövsümdür məşqçi kimi çalışan Douds hakimə belə deyib: "Cənab, biz 4-cü dəfə taymaut götürmək istəyirik. Bilirəm ki, bu, qaydalara ziddir. Siz buna görə bizi cəzalandıra bilərsiniz. Ancaq mən təqaüdə çıxıram”.
Bu sözləri deyəndən sonra Doudus rəqib məşqçinin əlini sıxıb, tribunalar önündə şlyapasını çıxardıb və arenanı tərk edib. O bu addımını belə izah edib:
"Həyat yoldaşıma demişdim ki, stadionu tərk edəndə şlyapamı çıxardıb deyəcəyəm: "Mən səni sevirəm”. Şlyapamı çıxardıb stadionu tərk etdim, maşına mindim. Evə qədər isə bütün yol boyu gülmüşəm”.
banner

Oxşar Xəbərlər