• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

Məşq edir, bişirir, baxır, dincəlir, yığışdırır

29.04.20 16:00 623
Məşq edir, bişirir, baxır, dincəlir, yığışdırır
Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri karantin dövrünü necə keçirdiyi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Anri hazırda Kanadada karantindədir. O, MLS-də çıxış edən "Monreal İmpekt” klubunu çalışdırır:
"Deyəsən, Monreal ürəyimdə həmişəlik qalacaq. Koronavirusla mübarizədə ön sırada olanların neçə çalışdığına baxdıqda, özünü əhəmiyyətsiz adam hesab edirsən.
Hazırda necə yaşayıram? Oyanıram, məşq edirəm, yemək hazırlayıram, dincəlirəm, yenə məşq edirəm, hərdən köhnə oyunlara baxıram, ondan sonra isə şam yeməyi hazırlayıram. Hə, bir də mənə elə gəlir ki, hər gün yır-yığış edirəm.
Amma onu da deyim ki, həyatda ən önəmli şey sağlamlıqdır. Bunun üçün yenə də gözləmək lazımdırsa, deməli, gözləyəcəyik”.
banner

Oxşar Xəbərlər