• cümə axşamı, 25 aprel, 00:14
  • Baku Bakı 19°C

Məşhur türkiyəli aparıcı: “Qarabağ”ın oyununu çox bəyənirəm”

21.10.14 20:08 1454
Məşhur türkiyəli aparıcı: “Qarabağ”ın oyununu çox bəyənirəm”
"NTV Spor"un məşhur aparıcısı Güntəkin Onay "Qarabağ" haqqında danışıb. Lent.az-ın məlumatına görə, Çempionlar Liqası və Avroliqanın öncəki turunun oyunlarına toxunan türkiyəli aparıcı “Qarabağ”ın "İnter"ə uduzmağı haqq etmədiyini bildirib: "Qarabağ"ın Avropa Liqasındakı çıxışını yaxından təqib edirəm. Bu komandanın oyunu məndə xoş təəssürat oyadıb, çox bəyənirəm. İnanmayan varsa, ömründə bircə dəfə "Qarabağ"ı ekran başından izləsin. Azərbaycan klubu bu mərhələyə birdən-birə gəlmədi. Neçə dəfə “pley-off”da oynadı. Bu mövsüm isə "Tvente"ni Avroliqadan kənarlaşdırdılar. "İnter"lə oyundan 1 xalla ayrıla bilərdilər. 0:2 hesablı məğlubiyyətə layiq deyildilər”.
banner

Oxşar Xəbərlər