• cümə, 19 Aprel, 14:22
  • Baku Bakı 25°C

Məşhur rusiyalı teleaparıcı "Qarabağ"a dəstək oldu

12.07.17 09:25 1372
Məşhur rusiyalı teleaparıcı "Qarabağ"a dəstək oldu
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan "Samtredia” (Gürcüstan) ilə ilk matçını məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç də tribunadan izləyib.
Kaspi.az xəbər verir ki, o, Ağdam klubunun baş sponsoru olan "Azərsun Holding”in milli markası "Azərçay”ın dəstəyi ilə ölkəmizə gəlib. Azərbaycan çempionuna azarkeşlik edən Yakuboviç sonda jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, "Qarabağ" Gürcüstan çempionu ilə ilk oyunda 5:0 hesablı qələbəyə sevinib.
banner

Oxşar Xəbərlər