Məşhur rusiyalı teleaparıcı "Qarabağ"a dəstək oldu
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionar Liqasının
2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan "Samtredia” (Gürcüstan) ilə ilk
matçını məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç də tribunadan izləyib.
Kaspi.az xəbər verir ki, o, Ağdam klubunun baş sponsoru olan "Azərsun
Holding”in milli markası "Azərçay”ın dəstəyi ilə ölkəmizə gəlib. Azərbaycan
çempionuna azarkeşlik edən Yakuboviç sonda jurnalistlərin suallarını
cavablandırıb.
Qeyd edək ki, "Qarabağ" Gürcüstan çempionu ilə ilk oyunda
5:0 hesablı qələbəyə sevinib.