• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

Məşhur rok-musiqiçi Tom Petti vəfat edib

03.10.17 12:10 1585
Məşhur rok-musiqiçi Tom Petti vəfat edib
Məşhur amerikalı rok-musiqiçi Tom Petti vəfat edib.
APA-nın məlumatına görə, 67 yaşlı musiqiçi ürək tutmasından ölüb.
Tom Petti dünən koma vəziyyətində Kaliforniya ştatının Malibu şəhərindəki evində huşsuz vəziyyətdə aşkarlanıb. Musiqiçinin ailəsi və meneceri ölüm faktını artıq təsdiqləyib.
Qeyd edək ki, rok-musiqiçi məşhur "Tom Petty and the Heartbreakers” qrupunun yaradıcılarından olub.
banner

Oxşar Xəbərlər