• cümə, 29 Mart, 15:08
  • Baku Bakı 14°C

Məşhur qapıçı prezident olmaq istəyir

30.07.19 12:15 4932
Məşhur qapıçı prezident olmaq istəyir
Çexiyanın xokkey yığmasının sabiq qapıçısı Dominik Qaşek siyasətlə məşğöul olacağını istisna etmir.
Kaspi.az xəbər verir ki, Qaşek bir neçə ildən sonra bu barədə düşünəcəyini bildirib. O, Çexiya prezidenti olmaq istədiyini də etiraf edib:
"Hər şey ola bilər. Niyə də yox? Mən məsuliyyətli işlərlə məşğul olmağı sevirəm. Hesab edirəm ki, Çexiya prezidenti vəzifəsi də olduqca məsuliyyətli işdir.
Ancaq onu da bilirəm ki, prezidentə başqa keyfiyyətlər də lazımdır. Baxaq görək, necə olacaq.
Hələlik işim var və onu çox sevirəm. Hələ ki, bütün bacarığımı bu işə sərf etmişəm. Üç-dörd ildən sonra necə olacaq? Bax, onda qərar verəcəyəm. Hər şey ola bilər”.
Qaşek 2006-cı ildə olimpiya çempionu olub. "Detroyt”un heyətində isə 2 dəfə Stenli kubokunu qazanıb.
banner

Oxşar Xəbərlər