• cümə axşamı, 28 mart, 14:24
  • Baku Bakı 16°C

Məşhur olmaq istəyənlərin nəzərinə

05.07.13 15:55 2503
Məşhur olmaq istəyənlərin nəzərinə
"Diamond” Organization & Agency və "High Life” Fashion and Model Academy müştərək olaraq model və faşion sahəsində təhsil kastinqinə start verib.
"Diamond" Organization & Agency-nin direktoru Aqil Məmiyev bununla bağlı qəzetimizə bildirib ki, təmsil etdiyi şirkət artıq "High Life” Fashion & Model Academy ilə iki ildən çoxdur ki, əməkdaşlıq edir: "Nəzərinizə çatdırım ki, kastinq gününün tarixi dəqiqləşib, 14 və 15 iyul tarixlərində keçiriləcək. Kastinqdən keçən iştirakçıların faşion və model təhsilini "High Life" Fashion & Model Academy həyata keçirəcək. Özünü yüksək səviyyəli moda və model biznesində görmək istəyən 16-26 yaş arası hər kəs seçimlərdə iştirak edə bilər. Qeyd edim ki, moda və model təhsili ilə yanaşı, biz həm də səhnə mədəniyyəti, fotoqraflıq, aktyorluq, dərzi, stilist, imicmeykerlik, vizajist, etiket qaydaları və sair üzrə təlimlər də veririk. Təlimlərdə Fransadan gəlmiş modelyer dərs deyəcək”.
Daha sonra A.Məmiyev şirkətin hal-hazırda davam edən layihələrindən söz açıb. Bunların içərisində MODA PLUS layihəsi, Milanda faşion və modelyer təhsili və ən əsası, Nyu-Yorkda modellerin karyerasını davam etdirməsi üçün nəzərdə tutulan layihələr var.
Maraqlananlar üçün əlaqə nömrələri: (055) 939 08 41; (050) 535 38 45.
banner

Oxşar Xəbərlər