AZE | RUS | ENG |

Məşhur Niaqara şəlaləsi buz bağlayıb

Məşhur Niaqara şəlaləsi buz bağlayıb
Kanadada və ABŞ-ın şimalında davam edən güclü şaxtalar Şimali Amerikadakı Niaqara şəlaləsinin bəzi hissələrinin buz bağlamasına səbəb olub.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, şəlalənin donmasına bu regionda tüğyan edən qar qasırğası səbəb olub. Yanvarın 22-də həmin rayonda havanın hərarəti mənfi 20 dərəcəyə qədər aşağı düşüb.

Kanada milli meteorologiya bürosunun məlumatına görə, ötən həftənin sonlarında ölkənin mərkəzi və arktik rayonlarında ekstremal şaxtalar qeydə alınıb. Havanın temperaturu mənfi 30-40 dərəcəyə, bəzi yerlərdə hətta 55 dərəcəyədək enib. Regionda soyuq küləklərin hələ iki həftə davam edəcəyi bildirilir.

Niaqara çayındakı şəlalələr kompleksi Nyu-York ştatını Ontario vilayətindən ayırır. Bu şəlalələrin maksimal hündürlüyü 51 metrdir.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965