• şənbə, 20 Aprel, 13:37
  • Baku Bakı 23°C

Məşhur məşqçi səhrada qəzaya düşdü

10.01.18 11:38 721
Məşhur məşqçi səhrada qəzaya düşdü
"Çelsi”nin sabiq baş məşqçisi Andre Villaş-Boaş "Dakar” rallisində qəzaya uğrayaraq, mübarizəni dayandırıb.
Kaspi.az xəbər verir ki, Boaşın idarə etdiyi "Toyota” rallinin 4-cü mərhələsində qəzaya uğrayıb. Hadisə marafonun 165-ci kilometrliyində baş verib.
"Toyota” qumda ilişərək qalıb. Hadisə yerinə gələn ekipaj üzvləri Boaşın çiynindən xəsarət aldığını müəyyənləşdiriblər.
Boaş rallinin 3 mərhələsindən sonra 41-ci pillədə qərarlaşmışdı. O, ötən ilin noyabr ayında Çinin "Şanxay SİPQ” klubunda fəaliyyətini dayandıraraq, "Dakar” rallisində iştirak etmək barədə qərar qəbul etmişdi.
Boaş karyerası ərzində "Portu”, "Çelsi”, "Tottenhem”, "İnter”, "Zenit” kimi klublarda çalışıb.
banner

Oxşar Xəbərlər