• cümə, 29 Mart, 14:32
  • Baku Bakı 14°C

Məşhur ispaniyalı futbolçu "Monako"ya transfer olub

12.01.19 16:30 669
Məşhur ispaniyalı futbolçu "Monako"ya transfer olub
İngiltərənin"Çelsi"klubunun futbolçusuSesk Fabreqaskaryerasını"Monako"da davam etdirəcək.
"Report"un knyazlıq təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə30 iyun 2022-ci ilədək müqavilə bağlanılıb. 31 yaşlı oyunçu 10 milyon avrodan çox bonus əldə edəcək.
Fabreqas "Çelsi"də 2014-cü ilin yayından çıxış edib. O, əvvəllər "Barselona" və "Arsenal"ın da formasını geyinib. Cinah oyunçusu bu mövsüm Premyer Liqada 6 matçın iştirakçısı olub.
Hazırda "Monako" Fransa Liqasında 19-cu pillədə qərarlaşıb. Tyerri Anrinin baş məşqçi olduğu komanda XX turda "Marsel"in qonağı olacaq. Oyun yanvarın 13-də "Velodrom" stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər