• cümə, 19 Aprel, 06:15
  • Baku Bakı 13°C

Məşhur ispan fanat Putinə şikayət etdi

29.06.18 11:25 565
Məşhur ispan fanat Putinə şikayət etdi
Məşhur ispan azarkeş Manolo DÇ-2018-də problemlə üzləşib.
Kaspi.az xəbər verir ki, Rusiyada Manolonu böyük barabanı ilə stadiona buraxmayıblar. Əvvəlcə işlər qaydasında gedib. Rostovda keçirilən oyunda Manolo əfsanəvi barabanını arenaya keçirib.
Ancaq Kazanda və Kalininqraddakı oyunlarda buna icazə verilməyib. Səbəb kimi isə təhlükəsizlik tədbirləri göstərilib.
Əlacsız qalan fanat Rusiya prezidenti Vladimir Putunə şikayət edib. O, Putinə göndərdiyi elektron məktubda barabanın 1/8 finalda keçiriləcək Rusiya - İspaniya oyununa buraxılmasını xahiş edir.
banner

Oxşar Xəbərlər