• cümə, 29 Mart, 14:17
  • Baku Bakı 14°C

Məşhur ingilis hakim Rusiyaya velosipedlə gəlir

12.06.18 12:15 767
Məşhur ingilis hakim Rusiyaya velosipedlə gəlir
Məşhur ingilis hakim Martin Atkinson "Whistle Stop Tour” xeyriyyə aksiyası çərçivəsində Rusiyaya velosipedlə gəlir.
Kaspi.az xəbər verir ki, 47 yaşlı hakim səyahətə Staffordşirdə başlayıb. O, səfərini Kalininqradda yekunlaşdıracaq.
İngiltərə yığması iyunun 28-də məhz bu şəhərdə qrupda Belçikaya qarşı son oyununu keçirəcək. Atkinson səfər zamanı 2735 km qət edəcək. O, Fransa, Belçika, Hollandiya, Almaniya və Polşa ərazilərindən keçəcək.
Aksiyada Atkinsonla yanaşı, başqa bir ingilis hakim Con Moss da iştirak edir. Onu da qeyd edək ki, Atkinson 2016-cı ildə İngiltərə Premyer Liqasının bütün stadionlarını velosipedlə dolaşmışdı. Həmin vaxt hakim 1700 km qət etmişdi.
1938-ci ildən bəri ilk dəfə olaraq DÇ-nin oyunlarını idarə edəcək hakimlər arasında ingilis olmayacaq.
banner

Oxşar Xəbərlər