AZE | RUS | ENG |

Məşhur idman jurnalistindən Azərbaycan mediasına çağırış

Məşhur idman jurnalistindən Azərbaycan mediasına çağırış
Azərbaycan idman jurnalistləri 2015 Avropa Oyunları ilə bağlı təqdimatlarına artıq indidən başlamalıdırlar. Trend-in məlumatına görə, bu barədə tanınmış amerikalı idman jurnalisti, ABŞ-ın ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti Ceyn MakManus Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının bazar günü Bakıda təşkil etdiyi görüşdə bildirib. O qeyd edib ki, bu Olimpiadanın ilk dəfə keçiriləcəyini nəzərə alaraq Azərbaycan idman jurnalistləri həmin oyunlara qatılması gözlənilən məşhur idmançıları artıq indidən cəmiyyətə təqdim etməlidirlər, onlar barədə silsilə reportajlar hazırlamalıdırlar, yarışların keçiriləcəyi məkanları nümayiş etdirməlidirlər. "Nyu-York şəhəri 2014-cü ildə Amerika futbol növü üzrə ən nüfuzlu Super Bol çempionatını təşkil edəcək. Həmin çempionatın hələ gələn il keçiriləcəyinə baxmayaraq artıq Nyu-York nəşrləri geniş şəkildə turnirdə iştirak edəcək idmançıların, arenaların təqdimatına başlayıblar. Düşünürəm ki, Azərbaycan da bu təcrübədən yararlana bilər. Bir müddət əvvəldən başlayan təqdimat cəmiyyətin həmin yarışa olan marağını artıracaq", - Ceyn MakManus deyib. Eyni zamanda Kolumbiya Universitetinin jurnalistika üzrə professoru da olan MakManus görüşdə idman jurnalistikasının tədrisi ilə bağlı ABŞ təcrübəsi ilə bölüşüb. O qeyd edib ki, jurnalistikanın ali dəyərləri olan qərəzsizlik, dəqiqlik, operativlik idman jurnalistikası üçün xüsusi əhəmiyyət kəsb edir. "İdman jurnalisti hansısa bir komandanın "fanatı" ola bilməz. Əks halda bu onun yaydığı məlumatlarda qərəzliliyə səbəb olacaq", - MakManus deyib. Ceyn MakManus 1998-ci ildən bəri Nyu-Yorkun idman hadisələrindən yazır. Onun yazıları Newsday, "USA Today", "The Journal News" və "The New York Times" qəzetlərində nəşr olunur. MakManus 2008-ci ildən bəri roller derbisində çıxış edir. Qeyd edək ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805