AZE | RUS | ENG |

Məşhur Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub

Məşhur Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub
Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olan məşhur Hacıbəylilər nəslinin nümayəndələri 8 dekabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində olub.
 
Komitədən Trend-ə verilən məlumata görə, muzeyin bələdçisi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəylini, Azərbaycan tarixini ən qədim dövrdən bu günə qədər əks etdirən ekspozisiya ilə tanış edib.
 
Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib və neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə də tanış olublar. Məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi və eksponatlar qonaqların marağına səbəb olub.

Daha sonra Hacıbəylilər Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib. Qonaqlara məlumat verilib ki, ərazidə daş dövründən orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini əcdadlarımız yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qoruqda tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm verilir. Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan Qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıb.
 
Günün sonunda Diasporla İş üzrə Dövlət Komitəsinə gələn Hacıbəylilər Komitə rəhbəri ilə görüşərək səfər təəssüratlarını bölüşüblər və Diaspor TV-nin qonağı olublar. Dövlət Komitəsinin, Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində, Azərbaycana gələn Ceyhun Hacıbəylinin varisləri 9 dekabr tarixində Parisə yola düşüb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896