• şənbə, 20 Aprel, 14:25
  • Baku Bakı 23°C

Məşhur futbolçunun mənzilində yarım milyonluq qarət

28.07.17 15:10 1225
Məşhur futbolçunun mənzilində yarım milyonluq qarət
Bu ilin mart ayında "Aston Villa”ın futbolçusu Con Terrinin mənzili qarət edilmişdi.
Kaspi.az xəbər verir ki, həmin vaxt "Çelsi”də çıxış edən Terri rəfiqəsi ilə dağda istirahət edirmiş. Bundan istifadə edən oğrular mənzilə daxil olaraq, qiymətli əşyalar aparıblar.
Üstündən 4 ay keçəndən sonra mənzildən oğurlanan əşyaların dəyəri məlum olub. Oğrular mənzildən qiyməti 216 min funt olan "Cartier” zərgərlik məmulatı, 61 min funtluq üzük, bir neçə bahalı saat və çanta aparıblar. Oğurlanan əşyaların üst-üstə dəyəri 400 (447 min avro) min funt olub.
Videokameranın köməyi ilə polis 5 qarətçini həbs etmişdi. Yaxın günlərdə məhkəmə onlarla bağlı hökm çıxaracaq.
banner

Oxşar Xəbərlər