• cümə axşamı, 28 mart, 17:48
  • Baku Bakı 16°C

Məşhur futbolçunu qarət ediblər

25.09.17 11:35 1106
Məşhur futbolçunu qarət ediblər
"Liverpul”un müdafiəçisi Deyan Lovren qarət olunub.
Kaspi.az xəbər verir ki, futbolçunun Zaqrebdəki evini qarət ediblər. Bu barədə Lovren özü məlumat verib. O, övladlarına görə çox qorxduğunu da bildirib:
"Məni həqiqətən də qarət ediblər. Hər şeyimi aparıblar. Ancaq mən heç nə eşitməmişəm. Sanki məni yuxuya veriblər. Onlar mənim uşaqlarımı da girov götürə bilərdilər. Mən isə buna qarşı heç nə edə bilməzdim.
İndi həyatımda çox çətin andı. Uşaqlarıma nəsə olacağından çox qorxuram. Çoxlu pul vermişəm ki, övladlarımın şəkillərini internetdən silim. Bilmirəm ki, ayılsaydım və qarətçilərlə üz-üzə gəlsəydim, nə baş verərdi”.
Lovren Zaqreb "Dinamo”sunun sabiq prezidenti Zdravko Mamiçin işinə görə məhkəmədə şahid kimi ifadə verməlidir. Mamiç maliyyə maxinasiyalarında ittiham olunur.
banner

Oxşar Xəbərlər