• cümə axşamı, 28 mart, 19:41
  • Baku Bakı 13°C

Məşhur futbolçu üçüncü dəfə ata olacaq

05.10.17 11:50 1470
Məşhur futbolçu üçüncü dəfə ata olacaq
"Real”ın kapitanı Serxio Ramosla rəfiqəsi Pilar Rubionun münasibətlərinin qaydasında olmadığı barədə yayılan xəbərlər özünü doğrultmayıb.
Kaspi.az xəbər verir ki, Ramos üçüncü dəfə ata olmağa hazırlaşır. Bu barədə məlumatı Pilar özü verib. O, Ramosdan 8 yaş böyükdür.
Cütlüyün artıq 2 oğlu var. Serxio 3, Marko isə 2 yaşındadır. Onların 3-cü övladı da oğlan olacaq. Marko doğulandan sonra Pilar bildirmişdi ki, jurnalistikaya qayıdacaq. Ancaq Ramos buna icazə verməmiş, ona ailəyə diqqət ayırmağı tövsiyə etmişdi.
2018-ci ilin martında Piların 40 yaşı tamam olacaq. Onun hamilə qadınlar üçün yazdığı kitab İspaniyada böyük tirajla satılıb.
banner

Oxşar Xəbərlər