• cümə axşamı, 28 mart, 19:56
  • Baku Bakı 13°C

Məşhur futbolçu təyyarədə azarkeşlə dalaşdı

12.03.18 11:35 751
Məşhur futbolçu təyyarədə azarkeşlə dalaşdı
"Latsio”nun yarımmüdafiəçisi Luiş Nani təyyarədə azarkeşlə dalaşıb.
Kaspi.az xəbər verir ki, hadisə "Kalyari” ilə səfər oyunundan (2:2) sonra baş verib. Bir neçə azarkeş də komandanı Romaya gətirən təyyarədə olub.
Fanat Naniyə oyununa görə irad bildirib. Özünü saxlaya bilməyən portuqal futbolçu onun üstünə hücum edib.
Onları sakitləşdirmək üçün digər futbolçular araya girməli olublar. Təyyarə reysi 20 dəqiqə yubanmalı olub.
Nani ilə mübahisə edən azarkeş təyyarənin arxa oturacağına yerləşdirilib. O, Romada bütün futbolçular salonu tərk etdikdən sonra təyyarədən buraxılıb.
banner

Oxşar Xəbərlər