• çərşənbə axşamı, 19 mart, 15:43
  • Baku Bakı 8°C

Məşhur futbolçu peşəkar boksçu olacaq

19.09.17 13:50 1140
Məşhur futbolçu peşəkar boksçu olacaq
"Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand idmançı karyerasını bərpa etmək istəyir.
Kaspi.az xəbər verir ki, Ferdinand futbola qayıtmayacaq. O, peşəkar boksla məşğul olmaq niyyətindədir. Yaxın zamanlarda onun bu barədə rəsmi açıqlama verəcəyi gözlənilir.
Ferdinand təxminən bir ildi ki, boksla ciddi məşğul olur. O, rinqdəki məşqlərini daim sosial şəbəkələrdə yerləşdirir. Yaxınlarının bildirdiyinə görə, boks Ferdinanda həyat yoldaşının ölümünün vurduğu zərbəni dəf etməyə kömək edir. Onun həyat yoldaşı 2015-ci ildə dünyasını dəyişib.
banner

Oxşar Xəbərlər