Məşhur futbolçu meydanda huşunu itirdi
Madrid "Atletiko”sunun
sabiq futbolçusu, hazırda Çinin "Dalyan İfan” klubunda çıxış edən Nikolas
Qaytan meydanda huşunu itirib.
Kaspi.az
xəbər verir ki, hadisə "Beytzin Qoan”la oyunda baş verib. Qaytana ilk yardımı
komanda yoldaşı Yannik Ferreyra-Karrasko göstərib. O, Qaytana süni nəfəs verib.
Həkimlərin
ilkin yardımından sonra futbolçu xəstəxanaya çatdırılıb. 30 yaşlı futbolçu özünə
gəldikdən sonra nə baş verdiyini xatırlamadığını deyib.
Qaytanla
Karrasko Çin klubuna 2018-ci ilin fevralında keçiblər. "Dalyan İfan” onların
iştirakı ilə keçirilən 3 görüşün hamısında məğlub olub.