• cümə, 29 Mart, 13:04
  • Baku Bakı 14°C

Məşhur futbolçu məşqlərə dözə bilmədi

24.07.17 15:55 2236
Məşhur futbolçu məşqlərə dözə bilmədi
İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano "Verona”nı tərk edib.
Kaspi.az xəbər verir ki, Kassano bir həftə ərzində ikinci dəfədir ki, belə qərar qəbul edir. O, iyulun 18-də komandadan getdiyini bildirmişdi.
Ancaq üstündən bir neçə saat keçdikdən sonra fikrini dəyişmişdi. Cəmisi bir həftə sonra isə 35 yaşlı hücumçu komandanı tərk etmək qərarına gəlib.
Məlumata görə, Kassano məşqlər zamanı fiziki yükləməyə tab gətirə bilmirmiş.
banner

Oxşar Xəbərlər