Məşhur futbolçu karyerasını bitirdi
Hollandiya
futbolunun məşhur simalarından olan Van der Vart karyerasını bitirdiyini
bildirib.
Kaspi.az xəbər
verir ki, Danimarkanın "Esberq” klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi zədə
səbəbindən belə qərar qəbul edib. O, mövsümün sonunda futboldan getməyi
planlaşdırsa da, zədəsi buna mane olub:
"Mənə indi
dayanmaq lazımdı. Bura reabilitasiya olunmaq üçün yox, futbol oynamaq üçün gəlmişəm.
Mövsümün sonuna qədər oynamaq istəyirdim. Ancaq alınmadı.
İndiyə qədər
oynadığım bütün stadionlarda azarkeşlərin xoş münasibətini görmüşəm. Bütün bu
illər çox möhtəşəm idi. Hər kəsə təşəkkür edirəm”.
Van der Vart
2000-ci ildə "Ayaks”da debüt edib. O, karyerası ərzində "Real”, "Tottenhem”,
"Hamburq” kimi klublarda da çıxış edib.
Hollandiya yığmasının heyətində isə DÇ-2010-da gümüş medal qazanıb.