• cümə, 19 Aprel, 14:13
  • Baku Bakı 25°C

Məşhur futbolçu karyerasını bitirdi

05.11.18 11:15 620
Məşhur futbolçu karyerasını bitirdi
Hollandiya futbolunun məşhur simalarından olan Van der Vart karyerasını bitirdiyini bildirib.
Kaspi.az xəbər verir ki, Danimarkanın "Esberq” klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi zədə səbəbindən belə qərar qəbul edib. O, mövsümün sonunda futboldan getməyi planlaşdırsa da, zədəsi buna mane olub:
"Mənə indi dayanmaq lazımdı. Bura reabilitasiya olunmaq üçün yox, futbol oynamaq üçün gəlmişəm. Mövsümün sonuna qədər oynamaq istəyirdim. Ancaq alınmadı.
İndiyə qədər oynadığım bütün stadionlarda azarkeşlərin xoş münasibətini görmüşəm. Bütün bu illər çox möhtəşəm idi. Hər kəsə təşəkkür edirəm”.
Van der Vart 2000-ci ildə "Ayaks”da debüt edib. O, karyerası ərzində "Real”, "Tottenhem”, "Hamburq” kimi klublarda da çıxış edib. Hollandiya yığmasının heyətində isə DÇ-2010-da gümüş medal qazanıb.
banner

Oxşar Xəbərlər