Məşhur futbolçu heyətdən çıxarıldı
Çinin "Şanxay Şenxua” klubunun futbolçusu Karlos Teves heyətdən
çıxarılıb.
Kaspi.az xəbər verir ki, Teves yeni baş məşqçi Vu Tsinsunun göstərişi
ilə heyətdən uzaqlaşdırılıb. Teveslə yanaşı, yarımmüdafiəçi Freddi Quarin də
eyni aqibətlə üzləşib. Baş məşqçi onların artıq çəkiləri olduğu üçün belə qərar
qəbul etdiyini bildirib:
"Teves mənim planlarım barədə məlumatlandırılacaq. Ancaq o, bu gün
oynamağa hazır deyil. Onun artıq çəkisi var. O cümlədən Quarinin də.
Mən futbolçular və nəticələr görə bütün məsuliyyəti öz üzərimə
götürürəm. Əgər siz komanda naminə hər şeyi edə bilmirsinizsə, onda heyətdən
kənarda qalacaqsınız.
Bir çox məşhur futbolçuları çalışdırmışam. Reputasiya bu məsələdə heç
bir rol oynamır”.
Teves bu mövsüm 12 oyunda meydana çıxıb və 2 qol vurub. Quarin isə 12
oyunda 6 dəfə fərqlənib.