• cümə, 29 Mart, 16:16
  • Baku Bakı 14°C

Məşhur futbolçu həbs edildi

06.04.17 14:05 948
Məşhur futbolçu həbs edildi
"Lester”in hücumçusu Əhməd Musa aprelin 5-də həbs edilib.
Kaspi.az xəbər verir ki, polis futbolçunu gecə saat 1-də həbs edib. O, həyat yoldaşına qarşı fiziki zorakılıq göstərməkdə ittiham olunub.
Musanı şəxsi evində həbs edərək, sorğu-suala tutmaq üçün polis bölməsinə aparıblar. Sorğu-sualdan sonra onu azad ediblər. Məlumata görə, futbolçuya qarşı ittiham irəli sürülməyib.
"Lester” rəhbərliyi bildirib ki, hadisə ilə bağlı futbolçu ilə söhbətləşiblər və ona qarşı hər hansı bir cəza tədbiri görməyəcəklər. Musanın 4 yaşlı oğlu və 2 yaşlı qızı var.
banner

Oxşar Xəbərlər