• şənbə, 20 Aprel, 05:30
  • Baku Bakı 15°C

Məşhur futbolçu DTK-nın agenti olduğunu etiraf etdi

21.12.17 13:15 1179
Məşhur futbolçu DTK-nın agenti olduğunu etiraf etdi
Almaniya yığmasının sabiq futbolçusu Mattias Zammer maraqlı etirafla yadda qalıb.
Kaspi.az xəbər verir ki, Zammer Almaniya Demokratik Respublikasının (ADR) Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq etdiyini etiraf edib. O, təhlükəsizlik komitəsinin unter-zabiti olduğunu bildirib:
"ADR-də elə tələblər vardı ki, ondan imtina etmək olmazdı. Bunun alternativi yox idi. Təbii ki, düzgün olmayan sistemin tərkib hissəsi olmaq olduqca kədərli idi. Drezden "dinamo”sunun bütün futbolçuları keşikçi alayında xidmət etməyə borclu idi”.
Zammer etiraf edib ki, Dövlət Təhlükəsizlik Komitəsinin "Stasi” adlı qrupunda fəaliyyət göstərib. Bu qrup gizli polis funksiyasını yerinə yetirib.
ADR dövlət kimi 1949-cu ildən 1990-cı ilə qədər mövcud olub. Zammer "Dimao” (Drezden), "Ştutqart”, "İnter”, "Borussiya” (D) klublarının şərəfini qoruyub.
banner

Oxşar Xəbərlər